Ermənistanda 465 min dollar mənimsəyən keçmiş mer saxlanıldı
- 09.12.2021, 09:50,
- Xəbər
Baxılıb: 52
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanın Vardenis şəhərinin keçmiş meri Aram Arutyunyan saxlanılıb.“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir. Keçmiş mer vəzifə səlahiyyətlərindən açıq-aşkar sui-istifadə, dələduzluq və sənədlərin saxtalaşdırılması ilə bağlı cinayət işləri üzrə saxlanılıb.
İstintaq Komitəsi bildirir ki, Arutyunyana qarşı irəli sürülən cinayətlər onun 2004-2017-ci illər ərzində sosial yardım xidmətinin Vardenis ərazi idarəsinin rəisi kimi fəaliyyəti ilə bağlıdır.
İstintaqın məlumatına görə, məmur tabeliyində olan iki nəfərlə birlikdə əhalinin sosial cəhətdən aztəminatlı təbəqələri üçün nəzərdə tutulmuş büdcə vəsaitlərinin oğurlanmasını təşkil edib. Bunun üçün idarə rəisi əlaltıları ilə birlikdə sosial müavinətlərin verilməsi adı ilə adına vəsait ayrılan 250 sakinin pasport məlumatlarını kompüter bazasına daxil edib. Bütün göstərilən dövr ərzində 231,9 milyon dram (təxminən 465 min dollar) mənimsənilib.
İlkin araşdırma zamanı 2017-2018-ci illərdə bu vəzifəni tutmuş keçmiş mer, eləcə də onun iki keçmiş tabeliyində olan şəxs vəsaitlərin mənimsənilməsi faktını etiraf edib. Onların həbsi ilə bağlı məhkəməyə vəsatət verilib.
