Türkmənistanda növbədənkənar Prezident seçkiləri başa çatdı - Yenilənib
- 12.03.2022, 19:20,
- Dünya
Baxılıb: 44
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkmənistanda növbədənkənar Prezident seçkiləri keçirilir.“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Ölkə prezidenti postuna 9 namizəd mübarizə aparır. Onlar arasında ölkənin hazırki Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar Berdıməhəmmədov da var.
Ölkə üzrə 2577, digər ölkələrdə isə 41 seçki məntəqəsi fəaliyyət göstərir. Ümumilikdə isə 3 459 063 seçici qeydə alınıb. Seçki məntəqələri Bakı vaxtı ilə 18:00-da bağlanacaq.
Xatırladaq ki, Qurbanqulu Berdıməhəmmədov fevralın 11-i parlamentin yuxarı palatasının iclasında bildirib ki, yolu gənc liderlərə vermək qərarına gəlib. Fevralın 14-ü isə ölkədə seçkiqabağı kampaniyaya start verilmişdi.
Qeyd edək ki, Berdıməhəmmədov 2007-ci ildən Türkmənistan Prezidentidir.
****
Türkmənistanda növbədənkənar prezident seçkiləri üçün seçki məntəqələri yerli vaxtla saat 19:00-da bağlanıb.Ümumilikdə 3,4 milyondan çox seçici qeydə alınıb. MSK-nın məlumatına görə, seçicilərin 97,12 faizi iştirak edib.
Məlumat üçün bildirək ki, Seçki Məcəlləsində seçkilərin etibarlı tanınması üçün seçici fəallığı həddi müəyyən edilmir. Səslərin yarıdan çoxunu toplayan namizəd prezident seçilmiş sayılır.
