Rusiyada daha bir terror aktının qarşısı alındı - Video
- 01.10.2021, 12:30,
- Dünya / Kriminal
Baxılıb: 32
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın tərkibinə daxil olan Qaraçay-Çərkəz Respublikasında terror aktının qarşısı alınıb.“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Federal Təhlükəsizlik Xidməti yayıb.
Məlumata əsasən, Federal Təhlükəsizlik Xidməti hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktı törətmək istəyən 2001-ci il təvəllüdlü yerli sakin saxlanılıb. O, artıq əməlini etiraf edib.
İstintaqın məlumatına görə, sözügedən gənc İŞİD yaraqlılarının təlimatına əsasən, bu hücumu hazırlayıb. Saxlanılan şəxsin evində aparılan axtarış zamanı əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün alətlər və lazımi materiallar, içərisində cinayətkarlarla yazışma olan mobil telefon aşkar olunub.
Faktla bağlı cinayət işi başladılıb.
Qeyd edək ki, Rusiyada son iki ildə təqribən 80 terror aktının qarşısı alınıb.
Xatırladaq ki, dünən Rusiyanın Vladivostok şəhərində terror aktının qarşısı
alınıb.