14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük həbs oldu
- 09.06.2026, 16:00,
- Kriminal
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
Şabranda mənzilə basqın edərək evin xanımını və ərini öldürməkdə ittiham olunan Elçin Fərzəliyev və Murad Məmmədovun iki il davam edən məhkəmə araşdırması başa çatıb.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin ikisini də tamah niyyəti ilə köməksiz vəziyyətdə olan şəxslərii xüsusi amansızlıqla öldürməkdə, quldurluqda təqsirli hesab edib. Elçinin bundan əvvəl də qəsdən adam öldürməyə görə 14 il həbsdə olması (2010-2024) da ağırlaşdırıcı hal kimi qeydə alınıb.
Müttəhimlər özlərini qismən təqsirli bilib, evə oğurluq məqsədilə girdiklərini deyiblər. Onlar planlamadıqları bu qətlə görə peşmanlıqlarını dilə gətiriblər.
Cinayətin ağırlığı nəzərə alınaraq, Elçin Fərzəliyev və Murad Məmmədova heç bir güzəşt edilməyib. Onlar ikisi də qanunun icazə verdiyi ən ağır cəza olaraq ömürlük azadlıqdan məhrum ediliblər.Fotoda: Qətlə yetirilən G.Hüseynova və əri A.Hüseynov