“Hizbullah”a casusluq edən Pentaqon işçisinə - 23 illik həbs

“Hizbullah”a casusluq edən Pentaqon işçisinə - 23 illik həbs

Amerikanın İraqdakı hərbi hissələrinin birində tərcüməçi işləyən ABŞ vətəndaşı Məryəm Tompson 23 il azadlıqdan məhrum edilib.

“Qanunyolu.info.az” xarici KİV-ə isitnadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, o, iranlı general Qasım Süleymaninin öldürülməsi ilə nəticələnən əməliyyatda iştirak edənlər haqqında “Hizbullah” təşkilatına məlumat ötürdüyü üçün həbs edilib.

“Məryəm Tompson milli müdafiə haqqında məxfi informasiyanı xarici hökumətə kömək məqsədilə ötürdüyü üçün 23 il azadlıqdan məhrum edilib”, - deyə məlumatda qeyd edilir.

Məryəm “Hizbullah”la əlaqəsi olan şəxslə 2017-ci ildən münasibətdə olduğunu etiraf edib. Həmin şəxs 2020-ci ilin yanvarında Süleymaninin öldürülməsindən sonra ondan ABŞ-ın Əl-Qüds komandirinin izlənilməsinə və yerinin tapılmasına kömək edən şəxslər barədə məlumat verməsini istəyib. Tompson həmin informasiyanın “Hizbullah”a ötürüləcəyini bildiyini də deyib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter