Süleymaninin qətlində 48 nəfər təqsirləndirilir

  • 28.12.2020, 17:00,
  • Dünya
  • Baxılıb: 59
Süleymaninin qətlində 48 nəfər təqsirləndirilir

ABŞ-ın xüsusi əməliyyatı ilə “Qüds” Qüvvələrinin komandanı general Qasım Süleymaninin qətlində iştirak etdiyi iddia edilən 48 nəfər barəsində cinayət işi başlanılıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin Mətbuat xidməti məlumat yayıb.

“Qasım Süleymani iddiasında 48 müttəhim müəyyən olunub. Onların mühakimə olunması üçün lazımi addımlar atılıb”,- deyə açıqlamada bildirilib.

Qeyd olunub ki, İran generalın öldürülməsi ilə hər hansı bir şəkildə əlaqəli olan ölkələrə məlumatların verilməsi tələbi ilə sorğu göndərib.

“Son ölkə Almaniya idi. Almaniyadakı ABŞ-ın Ramştayn bazası ilə Süleymaninin öldürülməsində iştirak edən ABŞ pilotsuz təyyarələri arasında məlumat mübadiləsinin baş verdiyi barədə bizə məlumat daxil olub”,- deyə açıqlamada əlavə olunub.

Daha əvvəl İran Süleymaninin qətlində 30-dan çox şəxsin təqsirləndirildiyini açıqlamış, onların arasında ABŞ Prezidenti Donald Trampın da olduğunu bildirmişdi.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Qüvvələrinin komandanı general Qasım Süleymani öldürülmüşdü.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter