Türkiyədə koronavirusdan ölənlərin sayı azaldı
- 15.05.2021, 16:30,
- Dünya / Səhiyyə
Baxılıb: 33
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.“Qanunyolu.info.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 236 nəfər koronavirusun qurbanı olub.
204 min 637 COVID-19 testi aparılıb ki, bunun da 11 min 472-si müsbət çıxıb.
Ağır xəstə sayı 2 min 563-dür.
38 min 814 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 938 min 838-ə çatıb.