Türkiyədə yoluxanların sayı kəskin azaldı
- 06.05.2021, 21:20,
- Dünya / Səhiyyə
Baxılıb: 31
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.“Qanunyolu.info.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 304 nəfər pandemiyanın qurbanı olub.
Sutka ərzində 253 min 382 koronavirus testi aparılıb ki, bunun da 22 min 388-I müsbət çıxıb.
Ağır xəstə sayı 3 min 378-dir.
Bu gün 37 min 298 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 626 min 799-a çatıb.
Qeyd edək ki, Türkiyədə tam qapanmaya keçiddən sonra yoluxma və ölüm sayındakı azalma diqqət çəkib.