Türkiyədə koronavirusdan gündəlik ölüm sayı 100-dən aşağı düşdü
- 09.02.2021, 20:50,
- Dünya / Xəbər
Baxılıb: 49
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.“Qanunyolu.info.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün 137 min 712 koronavirus testi aparılıb.
Bunlardan 8 min 636-sı müsbət çıxıb. 98 nəfər pandemiyanın qurbanı olub.
Gün ərzində 8 min 109 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların sayı 2 milyon 437 min 382-yə çatıb.
Ümumi test sayı 30 milyon 893 min 496-ya yüksəlib. Ümumi yoluxma sayı 2 milyon 548 min 195, vəfat sayı 26 min 998, ağır xəstə sayı 1310-dur.