Məşhur rus reper təhqir videosu ilə gündəm oldu

Məşhur rus reper təhqir videosu ilə gündəm oldu

“İnstasamka” təxəllüsü ilə tanınan Rusiyanın məşhur repçi və bloqqeri Darya Zoteyeva ölkə gündəmini zəbt edib. Belə ki, o, evinə gələn makiyaj ustalarını gecikdiyinə görə alçaldıb, daha sonra onların ünvanına söyüş söyüb.

“Qanunyolu.info.az” xəbər verir ki, ifaçı həmin anı lentə alaraq öz instaqram səhifəsində paylaşıb. Görüntülərdən məlum olur ki, repçi təhqirlə kifayətlənməyərək vizajistlərin əşyalarını qapıdan çölə ataraq onları evdən qovur.

Daha sonra bloqqer vurğulayıb ki, bununla ona qarşı ilk dəfədir ki, hörmətsizlik edilmir. Belə ki, bundan əvvəl də köməkçisi oğurluq edib: “İki ay bir köməkçi ilə işlədim, bilirsiniz nə etdi? Büdcəmizdən təxminən 200 min rubl oğurladı!”

Qeyd edək ki, “İnstasamka” ötən ay da kuryeri təhqir edən videosunu yayımlamış, bu isə sosial şəbəkələrdə tənqidlə qarşılanmışdı.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter