Repçi Elmin Moskvada ağır qəza törətdi, 3 yaralı var - Video

Repçi Elmin Moskvada ağır qəza törətdi, 3 yaralı var - Video

Rusiyada “Elley” ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib. O, idarə etdiyi “Infiniti” markalı avtomobillə “Mercedes”lə toqquşub və səkiyə çırpılıb.

Qəza nəticəsində üç nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

E. Quliyev hadisə barədə 360 kanalına açıqlama verib. 26 yaşlı ifaçı qırmızı işıqdan keçdiyini etiraf edib.

Eyni zamanda, repçi alkoqol və narkotiklə bağlı analiz verib, qanı təmiz çıxıb.

REN TV-nin məlumatına görə, “Elley” son illərdə üç dəfə qəza törədib.

***

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Repçi Elmin Moskvada ağır qəza törətdi, 3 yaralı var - Video

Repçi Elmin Moskvada ağır qəza törətdi, 3 yaralı var - Video
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter