Cəbhəboyu ərazilərdə ermənilərin basdırdıqları sursatlar aşkarlandı - Fotolar

Cəbhəboyu ərazilərdə ermənilərin basdırdıqları sursatlar aşkarlandı - Fotolar

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Tərtər, Tovuz rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən yeddi müraciət daxil olub.

ANAMA-dan "Qanunyolu.info.az", "Qafqazinfo"-ya verilən məlumata istinadən, daxil olmuş çağırışlar əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 11 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Cəbhəboyu ərazilərdə ermənilərin basdırdıqları sursatlar aşkarlandı - Fotolar

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 15 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd bombacıq, 4 ədəd piyada əleyhinə mina, boru şəkilli partlayıcı yük (100 metr) və 5 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Cəbhəboyu ərazilərdə ermənilərin basdırdıqları sursatlar aşkarlandı - Fotolar

Agentliyin partlayış qrupu tərəfindən 86 ədəd partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 641 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Cəbhəboyu ərazilərdə ermənilərin basdırdıqları sursatlar aşkarlandı - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter