Ermənilərin ərazilərimizdə basdırdıqları minalar aşkarlandı - Fotolar

  • 17.12.2020, 03:40,
  • Xəbər
  • Baxılıb: 42
Ermənilərin ərazilərimizdə basdırdıqları minalar aşkarlandı - Fotolar

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Füzuli, Tərtər və Xocavənd rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ xidməti zəng mərkəzi sistemindən 18 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 müraciət daxil olub.

ANAMA-dan "Qanunyolu.info.az", "Qafqazinfo"-ya verilən məlumata istinadən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən daxil olmuş 20 çağırış əsasında Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Ermənilərin ərazilərimizdə basdırdıqları minalar aşkarlandı - Fotolar

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 14 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd bombacıq, 32 ədəd piyada əleyhinə mina, 10 ədəd tank əleyhinə mina, 49 ədəd tank əleyhinə minanın partladıcısı, 284 ədəd müxtəlif çaplı patronlar, 400 qram partlayıcı (TNT) və 20 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Ermənilərin ərazilərimizdə basdırdıqları minalar aşkarlandı - Fotolar

Agentliyin partlayış qrupu tərəfindən 111 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Ermənilərin ərazilərimizdə basdırdıqları minalar aşkarlandı - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter