Nəşi 5 ay sonra tapılan şəhidimiz dəfn edildi - Fotolar

  • 19.02.2021, 21:40,
  • Xəbər
  • Baxılıb: 74
Nəşi 5 ay sonra tapılan şəhidimiz dəfn edildi - Fotolar

44 günlük Vətən müharibəsində itkin düşən müddətdən artıq həqiqi hərbi qulluqçu, 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviç bu gün Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Nəşi 5 ay sonra tapılan şəhidimiz dəfn edildi - Fotolar

“Qanunyolu.info.az” xəbər verir ki, dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt-Abşeron-Xızı bölgə qazisi Sərdərov Rauf, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Nəşi 5 ay sonra tapılan şəhidimiz dəfn edildi - Fotolar

Qeyd edək ki, beş aydan çoxdur ki, itkin sayılan Rəcəb Qulamovun nəşi Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb.

ALLAH ŞƏHİDİMİZƏ RƏHMƏT ELƏSİN !
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter