Dünən şəhid olan hərbçimiz dəfn edildi - Fotolar

Dünən şəhid olan hərbçimiz dəfn edildi - Fotolar

Ötən gün Qubadlıda iki hərbçimiz minaya düşüb. "Qanunyolu.info.az", “Qafqazinfo”-nun məlumatına istinadən, hadisə günorta saatlarında baş verib.

Nəticədə Dövlət Sərhəd Xidmətinin zabiti, mayor 1988-ci il təvəllüdlü Sərxan Muxtarov şəhid olub, sürücüsü əsgər Səfərov Məcid isə ağır yaralanaraq hospitala çatdırılıb.
Dünən şəhid olan hərbçimiz dəfn edildi - Fotolar

Bu gün Gəncədə şəhid mayorun dəfn mərasimi keçirilib. Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, hüquq-mühafizə orqanlarının rəhbərləri, digər rəsmilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. N.Bayramov şəhid Sərxan Muxtarovun atasına üç rəngli dövlət bayrağını təqdim edib.
Dünən şəhid olan hərbçimiz dəfn edildi - Fotolar

Dünən şəhid olan hərbçimiz dəfn edildi - Fotolar

Qeyd edilib ki, şəhidimizin atası İlqar Muxtarov da I Qarabağ Müharibəsi iştiraçısı olub, şəhidin qardaşı isə zabitdir, N saylı hərbi hissədə xidmət edir.

Sonda mərasimdə yaylım atəşi açılıb.

Qeyd edək ki, hərbçilərimiz hərbi maşında hərəkət edərkən minaya düşüblər.
Dünən şəhid olan hərbçimiz dəfn edildi - Fotolar

Dünən şəhid olan hərbçimiz dəfn edildi - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter