20 yaşlı şəhidimiz dəfn olundu - Foto
- 13.12.2020, 17:25,
- Xəbər
Baxılıb: 63
Facebook
Вконтакте
Одноклассники
Google+
İtkin düşmüş hesab olunan daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, Qax rayonunun Qaşqaçay kənd sakini, 20 yaşlı Cavid Abdullayev Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidin nəşi bu gün doğulduğu Qax rayonunun Qaşqaçay kəndinə gətirilib və kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, şəhid C.Abdullayev 2019-cu ilin aprelində Qax rayonundan həqiqi hərbi xidmətə çağrılıb. Bu ilin oktyabrında isə ordu sıralarından tərxis olunmalı idi.