Paşinyan itkin düşən hərbçilərin valideynləri ilə görüşmədi - Video

  • 27.11.2020, 02:35,
  • Xəbər
  • Baxılıb: 35
Paşinyan itkin düşən hərbçilərin valideynləri ilə görüşmədi - Video

İtkin düşmüş əsgərlərin onlarla qohumu Ermənistan Baş naziri Nikol Paşinyanın kortejinin keçdiyi yolu bağlayıblar. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “Sputnik Ermənistan” xəbər verib.

Məlumata əsasən, Baş nazir hökumət binasından çıxıb, kortejə əyləşib və onlarla danışmayıb. Daha sonra əsgər valideynləri hökumət binası qarşısında etiraz aksiyasını davam etdiriblər - onlar hakimiyyətin dərhal reaksiyasını və övladlarının qaytarılmasını tələb edirlər.

“Qoy uşaqlarımızı bizə qaytarsınlar və nə istəyirlər etsinlər. Biz yalnız uşaqların geri qaytarılmasını istəyirik, bizə başqa heç nə lazım deyil”, - valideynlərdən biri deyib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter