Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edib - Video + Yenilənib
- 21.11.2020, 15:20,
- Xəbər
Baxılıb: 47
Facebook
Вконтакте
Одноклассники
Google+
Yerevanın mərkəzində müxalifət tərəfdarları etiraz aksiyaları keçirir, Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. "Qanunyolu", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “TASS” xəbər verib.Tutqun havaya baxmayaraq, Yerevanın mərkəzindəki Azadlıq meydanında müxalifət mitinq təşkil edib. İnsanlar “Nikol, get” şüarını səsləndirirlər.
“Hökumətin yalnız bir gündəliyi ola bilər - hakimiyyəti təhvil vermək. Biz bu hakimiyyət tərəfindən hansı xəyanətkar hərəkətlərin həyata keçirildiyini bilirik. Siz hakimiyyətdə qalmağa çalışarkən yalnız vəziyyəti daha da ağırlaşdırırsınız. Çıxın gedin!”, - deyə parlamentin vitse-spikeri, müxalif “Çiçəklənən Ermənistan” partiyasının üzvü Vaqe Enfiadjyan bildirib.
****
Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə Yerevanda müxalifətin mitinqi başa çatıb. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.