İrəvanda parlament binasının qarşısında etiraz aksiyası
- 10.11.2020, 15:55,
- Dünya
Baxılıb: 22
Facebook
Вконтакте
Одноклассники
Google+
Yerevanda etiraz aksiyası keçirilir. Etirazçılar yolu bağlayaraq parlamentin binası qarşısına toplaşıblar."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, etirazçılar mərkəzi magistral yolu bağlayıblar. Əraziya çoxlu sayda polis qüvvələri cəlb olunub.
Etirazçılar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmanın ləğvini tələb edirlər.
Xatırladaq ki, ötən gecə sözügedən bəyanatın elanından sonra Ermənistanda etiraz aksiyaları başlayıb. Gecə boyunca etirazçılar hökumət və parlament binalarına girib. İğtişaşlar zamanı Ermənistan parlamentinin sədri ağır şəkildə döyülüb.