Gəncə terrorunda 2 uşaq itkin düşüb

  • 17.10.2020, 13:15,
  • Xəbər
  • Baxılıb: 14
Gəncə terrorunda 2 uşaq itkin düşüb

Baş Prokurorluq oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfinin ağır artilleriya silahlarından Gəncə şəhərində əhalinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində ölən və yaralananlarla bağlı detallı məlumat açıqlayıb.

"Qanunyolu.info.az", “Qafqazinfo”-nun verdiyi xəbərə istinadən, Ermənistan dövlət terroru nəticəsində bu hadisədə 13 dinc sakin həlak olub. Onların 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlıdır.

Ermənilərin raket atəşi nəticəsində bu gün 48 dinc sakin yaralanıb. Onlardan 23-ü kişi, 20-si qadın, 6-sı azyaşlıdır. İki uşaq itkin düşüb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter