Gürcüstanda yoluxma sayında yeni rekord
- 09.10.2020, 12:10,
- Xəbər
Baxılıb: 10
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstanda son sutka ərzində daha 527 nəfərdə koronavirus aşkarlanması ilə günlük yoluxma sayında yeni rekord qeydə alınıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 10 752-yə çatıb, bu virusdan ölənlərin sayı isə 72-dir.
Bundan əlavə, indiyədək 5 866 nəfər sağalıb. Hazırda 5 574 nəfər karantində, 836 nəfər isə stasionarlarda həkimlərin nəzarəti altındadır.
Digər ölkələrdən müalicə üçün gətirilən Gürcüstan vətəndaşlarının sayı isə 41 nəfər təşkil edir.
Qeyd edək ki, ölkədəki epidemioloji vəziyyətlə əlaqədar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi müntəzəm uçuşlara qadağanı 30 sentyabrdan 31 oktyabradək uzatmağa qərar verib.