Gürcüstanda yeni rekord - Qonşu ölkələrdə son vəziyyət
- 21.09.2020, 12:20,
- Dünya
Baxılıb: 22
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstanda son sutka ərzində koronavirusa gündəlik yoluxma sayında daha bir rekord yaşanıb."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, son 24 saatda 193 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxma halı 3695-ə çatıb.
Ölkədə xəstəlikdən 20 nəfər vəfat edib. 40 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə sağalanların sayı isə 1 534-dür.
Rusiyada isə son bir gündə 6 196 yeni yoluxma faktı qeydə alınıb.Koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 71 pasiyent ölüb, 2 616 nəfər isə sağalaraq xəstəxanadan çıxıb.
Ermənistanda daha 121 nəfərdə COVID-19 aşkarlanıb, 6 nəfər vəfat edib.Bununla da ölkədə koronavirusdan ölüm sayı 946-ya çatıb.
Ümumilikdə 47 552 koronavirusa yoluxma qeydə alınıb.