Reanimasiyadakı xəstələrin sayı açıqlandı

  • 08.09.2020, 18:55,
  • Xəbər
  • Baxılıb: 31
Reanimasiyadakı xəstələrin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 8-nə olan statistik göstəriciləri açıqlayıb.

"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 2 040 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 135 nəfər reanimasiyada, 12 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 139 və 12 idi.

Ümumilikdə 37 557 nəfər virusa yoluxub, 34 965 nəfər sağalıb, 552 nəfər vəfat edib.

Bu gün 6 798 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 973 838 test aparılıb.

Qeyd edək ki, bu gün 139 koronavirusa yoluxma faktı qeydə alınıb, 128 nəfər sağalıb, 1 nəfər ölüb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter