Lotu Qulinin işlərini qardaşı idarə edəcək

  • 28.08.2020, 11:50,
  • Xəbər
  • Baxılıb: 30
Lotu Qulinin işlərini qardaşı idarə edəcək

Bir neçə gün öncə Türkiyədə qətlə yetirilən qanuni oğru Lotu Qulinin kriminal imperiyasının başına onun kiçik qardaşı Namiq Səlifov (Namik Bakinskiy) keçib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Namiq Səlifov qardaşının işlərini artıq qəbul edib. Rusiyanın tərəvəz bazarlarındakı ticarətçilər bundan sonra ona xərac ödəyəcəklər.

Qeyd edək ki, Namiq Səlifov qardaşı ilə birlikdə 1996-cı ilin oktyabrında Azərbaycan Ali Məhkəməsi tərəfindən mühakimə edilib. Məhkəmə tərəfindən Nadirə 15 (daha sonra müddət 2021-ci ilə qədər uzadılıb), Namiqə isə 27 il həbs cəzası verilib, buna baxmayaraq hər iki qardaş naməlum səbəblərdən vaxtından əvvəl sərbəst buraxılıb. Namiq Səlifov “qanuni oğru” adını 2013-cü ildə İstanbulda alıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter