Göyçay RİH-i başçısı könüllü hərbi xidmətə yazıldı - (FOTO)

  • 18.07.2020, 12:30,
  • Xəbər
  • Baxılıb: 29
Göyçay RİH-i başçısı könüllü hərbi xidmətə yazıldı - (FOTO)













Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışına qoşulan Göyçay gəncləri, Qarabağ qaziləri, idmançılar bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay şöbəsində qeydiyyatdan keçiblər.

"Qanunyolu.info.az" xəbər verir ki, qeydiyyatdan keçənlər arasında rayonun icra başçısı Mehdi Səlimzadə də olub.

Qeyd edək ki, Mehdi Səlimzadənin 65 yaşı var.

Daha sonra könüllülər qarşısında çıxış edən başçı Azərbaycan Ordusunun qüdrətindən, yüksək texniki bazaya, vətənpərvərlik ruhuna, nizam-intizama, qayda-qanuna malik olduğundan danışıb.

Rayon rəhbəri vətəndaşlarımızın bu gün həmrəylik nümayiş etdirməsini yüksək qiymətləndirərək, təşəkkürünü çatdırıb.
P.S. Bizdə rayon başçısına və Göyçay camaatına atdıqları bu qətiyyətli addımlarına görə dərin təşəkkürümüzü bildirərək, onlara bu yolda uğurlar arzularıyır.
" Biz birlikdə güclüyük! "
Göyçay RİH-i başçısı könüllü hərbi xidmətə yazıldı - (FOTO)
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter