İcra başçısının oğlu könüllü orduya yazıldı - Foto
- 17.07.2020, 15:30,
- Siyasət
Baxılıb: 26
Facebook
Вконтакте
Одноклассники
Google+
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadə Azərbaycan Ordusunda könüllü hərbi xidmət üçün qeydiyyatdan keçib."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o bununla bağlı sosial şəbəkədə paylaşım edib.
Adil Adilzadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə gedərək qeydiyyatdan keçib.
Qeyd edək ki, ötən gün Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun da iki oğlu - Tale və Nicat Heydərovlər könüllü hərbi xidmət üçün qeydiyyatdan keçdikləri haqda paylaşım ediblər.