Ölkəmizdə koronovirus (COVİD-19) pandemiyasına qarşı aparılan qabaqlayıcı tədbirlər hələdə davam etdirilir. Cənab Prezidenrimiz İlham Əliyevin koronovirus (COVİD-19) infeksiyasına qarşı verdiyi tapşırıqlara, qoyduğu qanunlara ölkəmizin hər bir yerində əməl olunur. İstər dövlət tərəfindən, istərsə də imkanlı şəxlər, idarə və təşkilatlar, məktəblət, İcra Hakimiyyəti başçıları tərəfindən bu ağır günlərdə yaşlı nəsillərə, imkansız ailələrə, şəhid və qaçqın ailələrinə, əlillərə yardımlar edilir və edilməkdədir.
Göyçay RİH-nin başçısı cənab Mehdi Səlimzadənin də təşəbbüsilə rayonda adı yuxarıda çəkilən insanlara, ailələrə bu gündə yardımlar davam etdirilir. Hətta
“EvdəQal” kompaniyasına Göyçay rayon könüllürərindən ibarət gənclərdə qoşularaq bu kompaniyada iştirak edirlər. Onlarda qapı-qapı gəzərək RİH-i əməkdaşları ilə birlikdə imkansız ailələrə yardımlar paylayırlar. Göyçay RİH-nin başçısı Mehdi Səlimzadə vətəndaşlarnan mütəmadə olaraq küçələrdə, marketlərdə, apteklərdə həmsöhbət olur, onlarla maarifləndirici söhbətlər aparır, onların Cənab Prezidentin qoyduğu qayda-qanunlara və karantin rejiminə əməl etmələrini tövsiyyə edir.

Onu da qeyd edim ki, RİH-nin başçısının sədrliyi ilə rayonda Operativ Qərargah yaranmış və bu Qərargah da çalışan əməkdaşlar da onlara verilən tapşırıqların öhdəsindən layiqincə gələrək rayonda insanlar arasında maarifləndirici söhbətlər apararaq, onlara karantin rejimi qaydalarına riayət etmələrini və bu rejimi pozmamalarını izah edirlər.
RİH-i başçısı və müavinlərinin iştirakı ilə koronovirus (COVİD-19) pandemiyasıyla baglı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri ilə də mütəmadə olaraq video konfranslar keçirilir və onlara lazımı tapşırıqlar verilir.
P.S. Məndə “Qanunyolu.info.az” xəbər portalının rəhbəri olaraq kollektivimiz adından Göyçay RİH-i başçısı Mehdi Səlimzadəyə və onun rəhbərlik etdiyi komandasına bu xeyirxah yolda uğurlar diləyir və bu işdə iştirak edən hər bir kəsə dərin təşəkkürümüzü bildiririk.
Xalqımıza isə
“EvdəQal” kompaniyasına qoşularaq saglam qalmalarını arzulayırıq.
“Qanunyoluşinfo.az” xəbər portalının təsisçi və baş redaktoru
Arif Süleymanlı




