Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

  • 03.09.2020, 23:30,
  • Xəbər
  • Baxılıb: 25
Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Xidmətindən "Qanunyolu.info.az", "Qafqazinfo"ya verilən məlumata istinadən, sentyabrın 3-ü gündüzdən 4-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter