Azərbaycan Respublikasının Xalq artisti Zaur Rzayev vəfat edib.
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli müğənni, Azərbaycan Respublikasının Xalq artisti Zaur Rzayev oktyabrın 29-da ömrünün 75-ci ilində vəfat edib.
“Qanunyolutv.az” Manset.az-a istinadla xəbər verir ki, uzun müddətdir səhhətində ciddi problemlər olan Zaur Rzayev 29.10.2026-cı il tarixində saat 18:30-da Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.
****
TƏBİB-dən bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam etdirilən 1952-ci il təvəllüdlü Xalq artisti Zaur Rzayevin 29.10.2026-cı il tarixində saat 18:30-da bioloji ölüm faktı qeydə alınıb.
Allah rəhmət etsin!
“Pasiyent oktyabrın 14-də ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub, vəziyyətinə uyğun zəruri tibbi müdaxilələr və intensiv müalicə tədbirləri həyata keçirilib. Həkimlərin səylərinə baxmayaraq, pasiyentin həyatını xilas etmək mümkün olmayıb”, - deyə məlumatda qeyd edilib.
Zaur Əlihüseyn oğlu Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunun Karrar kəndində anadan olub.
Sənətkarın ifasında məşhur olan “Cavanlığım” mahnısını təqdim edirik: