Ermənistan Prezidentinin səhhəti kəskin pisləşib - KİV

  • 29.10.2026, 10:30,
  • Xəbər
  • Baxılıb: 7
Ermənistan Prezidentinin səhhəti kəskin pisləşib - KİV

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın səhhətinin son həftələr ərzində əhəmiyyətli dərəcədə pisləşdiyi iddia edilir.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə ölkənin yerli “Hraparak” qəzeti yazıb.

Bildirilib ki, dövlət başçısı ən son olaraq oktyabrın 27-də planlaşdırılan tədbirlərdə iştirak etməyib. Bununla yanaşı, o, İrəvanda baş tutan COP-17 iqlim sammiti çərçivəsində bir neçə tədbirə də qatılmayıb.

Qəzet həmçinin yazır ki, Vaaqn Xaçaturyanı dünən İspanya və Səudiyyə Ərəbistanından olan yüksəksəviyyəli qonaqların qarşılanması mərasimində də görmək mümkün olmayıb.

“Əldə etdiyimiz məlumata görə, prezident çox vaxt öz iqamətgahında da olmur. Vaaqn Xaçaturyanın uzun müddətdir səhhəti ilə bağlı problemi var. İnsanlar onun görünüşündə ciddi dəyişikliklər müşahidə edirlər”, - deyə “Hraparak” yazıb.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan mediasında Vaaqn Xaçaturyanın onkoloji xəstəlikdən əziyyət çəkdiyi və əməliyyat olunduğu barədə məlumat yayılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter