Yardımlı RİH başçısı Orxan Məmmədov Avaş kəndində səyyar qəbul keçirdi - Fotolar
- 28.10.2026, 19:00,
- Siyasət
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov Avaş kəndində rayonun Avaş, Abasallı, Deman, Qaravuldaş və Arvana kəndlərinin sakinləri ilə görüşüb və vətəndaşların səyyar qəbulunu keçirib.“Qanunyolutv.az” xəbər verir ki, 210-a yaxın sakinin iştirak etdiyi qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətindən danışıb.
Vətəndaşların müraciətlərinin dinlənilməsinin, yaşayış məntəqələrində mövcud problemlərin öyrənilməsinin və həlli istiqamətində iş aparılmasının əhəmiyyətini vurğulayıb. Qəbul zamanı vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib. Qaldırılan məsələlərin həlli istiqamətində yerində müzakirələr aparılıb, həlli mümkün olan müraciətlər dərhal həllini tapıb. Digər məsələlərin icrası ilə bağlı isə müvafiq qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib.
Yardımlı Rayon İcra Hakimiyyəti başçısı Orxan Məmmədov qeyd edib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və onların həlli istiqamətində zəruri tədbirlər görüləcək.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Qəbuldan sonra Rayon İcra Hakimiyyəti başçısı Orxan Məmmədov şəhid Mahmud Mayıllının valideynlərini ziyarət edib.
