İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılışında iştirak edir - Fotolar

  • 01.11.2022, 23:00,
  • Siyasət
  • Baxılıb: 26
İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılışında iştirak edir - Fotolar

Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilir.

“Qanunyolutv.az” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edir.

Əlcəzair Prezidenti Abdelmacid Tebbun Prezident İlham Əliyevi, Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb.
İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılışında iştirak edir - Fotolar

Prezident İlham Əliyev Zirvə toplantısında çıxış edib.
****

Qeyd edək ki, Ərəb Dövlətləri Liqası 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Hazırda təşkilata 22 dövlət daxildir. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir.
İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılışında iştirak edir - Fotolar

İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılışında iştirak edir - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter