Bakıda 13 yaşlı qızın hamilə olması üzə çıxdı - Oğlana bu cəza verildi
- 18.09.2026, 10:30,
- Xəbər
Baxılıb: 6
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda yetkinlik yaşına çatmayan şəxslə münasibətdə olan 18 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl Binəqədi rayonu Xocasən qəsəbə sakini, 14 yaşı hələ tamam olmamış Z.Abdulovanın (ad və soyadlar şərtidir) hamilə olması müəyyənləşib.
Yetkinlik yaşına çatmayan qız hamiləliyin 6-cı ayında ölü döl doğub. Faktla bağlı polisə məlumat verilib. Nəticədə, 13 yaşlı qızla münasibətdə olan 18 yaşlı Camal Babayevə cinayət işi açılıb.
Məlum olub ki, Camal həmin qızın yaşadığı binanın həyətində meyvə-tərəvəz satışı ilə məşğul olub və onlar tanış olaraq münasibət qurublar.Faktla bağlı toplanmış materiallar əsasında Camal Babayevə Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri-14 yaşına çatmamış şəxsə qarşı) maddəsi ilə iş açılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə əməldə zorakılıq olmaması müəyyən edilib. Camal Babayevin məcəllənin 152.2-ci, yəni 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma maddəsi ilə cəzalandırılmasına qərar verilib. Ona
4 il həbs cəzası verilib.
