Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu
- 26.08.2026, 15:30,
- Xəbər
Baxılıb: 10
Facebook
Вконтакте
Одноклассники
Google+
İrəvanda məhkəmə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyub.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Antikorrupsiya Komitəsi yayıb.
Serj Sarkisyan ölkənin digər eks-prezidenti Robert Koçaryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı başladılan cinayət işində iştirak edir.
Xatırladaq ki, avqustun 25-də Robert Koçaryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və çirkli pulların yuyulması ilə bağı cinayət işləri başladılıb. O, dünən saxlanılıb və hazırda səhhətinin pisləşməsi səbəbindən xəstəxanadadır. İş üzrə Robert Koçaryanın böyük oğlu Sedrak barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.