Serj Sarkisyanın həyat yoldaşı koronavirusdan öldü

  • 20.11.2020, 17:10,
  • Dünya
  • Baxılıb: 48
Serj Sarkisyanın həyat yoldaşı koronavirusdan öldü

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan vəfat edib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Sarkisyanın ofisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 58 yaşlı Sarkisyan koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, noyabrın 16-da R. Sarkisyanın koronavirusa yoluxduğu və ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılmışdı. Bir gün sonra Almaniyaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Serj Sarkisyan 2008-2018-ci illərdə Ermənistana rəhbərlik edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter