Serj Sarkisyanın axtarışda olan qardaşı Ermənistana gətirildi

Serj Sarkisyanın axtarışda olan qardaşı Ermənistana gətirildi

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı, Ermənistan parlamentinin axtarışda olan keçmiş deputatı Levon Sarkisyan Rusiyadan Ermənistana gətirilib. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən bildirir ki, bu barədə “Sputnik Ermənistan” ölkənin Baş prokurorunun müşaviri Qor Abramyana istinadən xəbər verib.

“Ermənistan Baş Prokurorluğu və Rusiya Baş Prokurorluğunun əməkdaşlığı nəticəsində Ermənistan Xarici İşlər Nazirliyinin dəstəyi ilə avqustun 6-da polis əməkdaşları Levon Qraçyeviç Sarkisyanı Ermənistana aparıblar”, - Abramyan qeyd edib.

Abramyan bildirib ki, Rusiya Baş Prokurorluğu bu ilin martında Sarkisyanın Ermənistanın hüquq-mühafizə orqanlarına verilməsi barədə vəsatəti təmin etmək barədə qərar qəbul edib.

Ermənistan Respublikaçılar Partiyasından olan keçmiş deputat Levon Sarkisyan 2019-cu il noyabrın 21-də Rusiyanın Moskva vilayətinin Zelenoqrad şəhərində saxlanılıb. Levon Sarqsyan barəsində Ermənistanın Cinayət Məcəlləsinin bir sıra maddələri, o cümlədən soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən xüsusilə böyük miqdarda əmlak oğurlamaq məqsədilə törədilmiş cinayət işi üzrə axtarış elan edilmişdi.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter