İlham Əliyev bu səfirləri də geri çağırdı
- 10.08.2026, 13:30,
- Xəbər
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın İsveçrədə, eyni zamanda Lixtenşteyndə fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
****
Dövlət başçısının digər Sərəncamı ilə
Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Niderlandda fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
****
Prezidentin Sərəncamına əsasaən,
Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın Belçikada, eyni zamanda Lüksemburqda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.