Prezident bu səfirləri geri çağırdı - Yenilənib
- 16.07.2021, 17:30,
- Siyasət
Baxılıb: 38
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın bir neçə ölkədəki səfiri geri çağırılıb.“Qanunyolu.info.az” xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə
Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Dövlət başçısının digər sərəncamı ilə
Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
****
Prezident İlham Əliyev daha bir səfirlə bağlı sərəncam verib.
Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Ülvi Vaqif oğlu Baxşəliyev isə Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
****
Dövlət başçısının digər bir sərəncamı ilə
Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Əlimirzamin Qəvvam oğlu Əskərov isə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
