Prezident İran səfirini geri çağırdı - Yeni təyinat
- 07.08.2021, 13:50,
- Siyasət
Baxılıb: 37
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev Bünyad Hüseynovu Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırıb.“Qanunyolu.info.az” xəbər verir ki, sərəncama əsasən, Bünyad Səməd oğlu Hüseynov bu vəzifələrindən geri çağırılıb.
Digər sərəncama görə, Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
FOTODA ƏLİ ƏLİZADƏ
Yeni səfir Əli Əlizadə eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi də təyin edilib.