“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı - Video

“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı - Video

Xəbər verdiyimiz kimi, bu gün keçirilən əməliyyat zamanı “Qarabağ”-“Çelsi” oyununun biletlərini qanunsuz şəkildə satışa çıxaran bir neçə şəxs kiberpolis tərəfindən saxlanılıb.

“Qanunyolutv.az”-ın məlumatına görə, saxlanılanlar arasında olan Rəşad Həsənov daha əvvəl “Baku TV”yə şikayətlə bildirib ki, matça bilet almağa cəhd etsə də, uğursuz olub.

Qısa müddət sonra isə həmin şəxs biletləri qeyri-qanuni yolla satdığı üçün polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, bu gün kiberpolisin keçirdiyi əməliyyat nəticəsində biletləri rəsmi satış məntəqələrindən alaraq daha yüksək qiymətə “qara bazar”da satmaq istəyən beş nəfər – Emil Dadaşov, Cavid Dadaşov, Rəşad Həsənov, Murad Mirkişiyev və Vüsal Zalov saxlanılıblar.

Rəşadın “qara bazar”dan şikayətləndiyi görüntüləri təqdim edirik:
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter