Polis Xankəndidə əməliyyat keçirdi - Saxlanılanlar var
- 09.10.2025, 10:00,
- Kriminal
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
DİN əməkdaşları qanunsuz odlu silah-sursatın əldə edilməsi, saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər.“Qanunyolutv.az” xəbər verir ki, Xankəndi ŞPŞ tərəfindən Bərdə rayon sakini
1973-cü il təvəllüdlü Azər Qəhrəmanovun şəhər ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsindən odlu silah-sursat keçirməyə cəhd göstərməsi müəyyən olunub.
Buraxılış postunda təhlükəsizlik məqsədilə nəqliyyat vasitəsinə baxış keçirilən zaman “Mercedes” markalı avtomobildə sərnişin qismində olan Azər Qəhrəmanovdan 1 ədəd “AK” markalı avtomat silah və 30 ədəd patron aşkarlanaraq götürülüb.
O, sursatı polis əməkdaşlarının diqqətindən yayındırmaq üçün hissələrə bölərək müxtəlif geyim dəstlərinin arasında gizlədib.
Araşdırmalar zamanı Azər Qəhrəmanovun odlu silah-sursatı Xankəndidə yerləşən restoranların birində çalışan 1959-cu il təvəllüdlü qayınatası Nazim Həsənov və 1997-ci il təvəllüdlü qaynı Murad Həsənovdan əldə etdiyi müəyyən edilib.Polis əməkdaşları tərəfindən şəhər ərazisində davam etdirilən növbəti tədbirlərlə həmin şəxslərin işlədikləri restorandan əlavə 1 ədəd
“AK” markalı avtomat silah, 2 ədəd
“Makarov” markalı tapança və 30 ədəd patron aşkarlanaraq götürülüb.
Nazim Həsənov və Murad Həsənov ifadələrində qanunsuz saxladıqları odlu silah-sursatı satış məqsədilə gizlətdiklərini bildiriblər.
Tədbirlərin davamı olaraq Azər Qəhrəmanovun daha əvvəl Murad Həsənovla birlikdə odlu silahı satdığı şəxs Zaur Rəsulov Qəbələ rayonunda müəyyən edilərək saxlanılıb.Onun yaşadığı evdən və həyətyanı sahədə gizlətdiyi 1 ədəd atəşə yararlı “CZ” markalı tapança və 13 ədəd patron aşkar edilərək götürülüb.
Bundan başqa, Azər Qəhrəmanovun Bərdə şəhərində yerləşən evinə baxış zamanı 1 ədəd pnevmatik tapança da aşkarlanıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
