Qərib Baxşəliyevin ailəsində daha bir - Ağır itki-Yenilənib
- 05.08.2025, 09:30,
- Xəbər
Baxılıb: 15
Facebook
Вконтакте
Одноклассники
Google+
Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin bacısı vəfat edib.“Qanunyolutv.az” xəbər verir ki, şəhidin bacısı Sevil xanım ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, Qərib Baxşəliyevin
atası İnqilab Baxşəliyev də 2023-cü il noyabrın 3-də oğlunun ölümünün üçüncü ildönümü günü dünyasını dəyişib.
Xatırladaq ki, əslən Laçından olan Qərib Baxşəliyev 1977-ci il may ayının 22-də Bakı şəhərində anadan olub, ailənin yeganə oğul övladı idi. O, Vətən müharibəsi zamanı bir neçə rayonun azad olunması uğrunda döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 3-də Zəngilan istiqamətində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Qərib Baxşəliyevin şəhadətindən 6 ay sonra qızı Cənnət dünyaya gəlib.
****
Qərib Baxşəliyevin bacısı Sevil Allahverdiyevanın Rusiyanın Surqut şəhərində qəfil ürəktutmadan vəfat etməsi məlum olub. Onun nəşinin vətənə gətirilərək dəfn ediləcəyi bildirilib.
Allah rəhmət eləsin!