Ceyhun Bayramov Çinin yeni səfirini qəbul etdi - Fotolar

  • 15.04.2025, 17:30,
  • Xəbər
  • Baxılıb: 4
Ceyhun Bayramov Çinin yeni səfirini qəbul etdi - Fotolar

Xarici işlər naziri Ceyhun Bayramov Çinin ölkəmizdəki yeni təyin olunmuş səfiri Lu Meyi qəbul edib.

"Qanunyolutv.az" xəbər verir ki, XİN-dən verilən məlumata görə, səfir Lu Mey etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib.

Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzu edib.

Görüş zamanı Azərbaycan-Çin strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiyalar, humanitar aspektləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Ötən ilin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu ilə əlamətdar olduğu, sözügedən Bəyannamədən irəli gələrək strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətində səylərin əhəmiyyəti diqqətə çatdırılıb. Bu xüsusda, yüksək səviyyəli səfərlər və məsləhətləşmə mexanizmlərinin əhəmiyyəti vurğulanıb.

İqtisadiyyat, ticarət, investisiyalar sahələri üzrə əməkdaşlığın genişləndirilməsi üçün geniş potensialın mövcudluğu qeyd edilib.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Ötən il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan-Çin əməkdaşlığının təqdirəlayiq olduğu vurğulanıb.

Səfir Lu Mey qəbula görə təşəkkür edib, ölkəmizdəki fəaliyyəti müddətində strateji tərəfdaşlıq münasibətlərimizin inkişafında səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter