Ceyhun Bayramov yeni təyin olunmuş səfiri qəbul etdi

  • 14.08.2020, 18:30,
  • Siyasət
  • Baxılıb: 29
Ceyhun Bayramov yeni təyin olunmuş səfiri qəbul etdi

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Cuniçi Vadanı qəbul edib.

"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, səfir Cuniçi Vada etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Ceyhun Bayramov Cuniçi Vadanı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter