Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş - Foto
- 03.11.2026, 10:30,
- Kriminal / Hadisə
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
Üç gün öncə Oğuzda meşədə Aqil Rəsulov adlı şəxsin yanmış meyiti tapılıb.“Qanunyolutv.az” Ölkə.az-a istinadən xəbər verir ki, həmin şəxs Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış.
Hadisənin təfərrüatı hələlik məlum deyil.
“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, bu, Aqil Rəsulovun ailəsində baş vermiş ilk belə hadisə deyil. Daha əvvəl onun atası və əmisi oğlu da oxşar şəkildə vəfat edib.
Qeyd edək ki, 1965-ci il təvəllüdlü Aqil Rəsulovun yanmış meyiti oktyabrın 31-i səhər saatlarında şəhərin meşəlik ərazisində tapılıb.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.