Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - Foto
- 26.11.2024, 15:30,
- Xəbər
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakimlər ezam edilib.“Qanunyolutv.az”-ın məlumatına görə, məhkəmədəki hakim çatışmazlığı ilə bağlı belə qərar qəbul edilib.
Ezam edilənlər Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi
Roman Ələkbərli və Binəqədi Rayon Məhkəməsinin hakimi
Aygün Qurbanovadır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
Samir Əliyev isə Suraxanı Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, bir müddətdir Ağır Cinayətlər Məhkəməsindəki proseslərin çoxu keçirilmir. Buna səbəb isə 2 hakimin yuxarı instansiyaya təyinat alması, birinin təqaüdə getməsi, başqa bir hakimin isə futbol oynayarkən qəfil ölməsidir.
Fotoda: Samir Əliyev