Azərbaycanda bir sıra məhkəmələrə hakimlər təyin edilir.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
İclasda Azərbaycan Respublikası Ali Məhkəməsinə, Naxçıvan Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi müzakirəyə çıxarılıb.
****
Layihəyə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri
Faiq Qəniyev və
Əli Məmmədov, Bakı Kommersiya Məhkəməsinin hakimi
Leyla Əliyeva, Sumqayıt İnzibati Məhkəməsinin hakimi
Ceyhun Məmmmədov, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi
Nigar Nəbizadə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi
Təranə Məmmədova, Astara Rayon Məhkəməsinin hakimi
Zamin İbrahimov Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcəklər.
Şəki Apellyasiya Məhkəməsinin hakimi
Günay Cavadova həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi
Müşfiq Məmmədov, Tərtər Hərbi Məhkəməsinin hakimi
Sevindik Əzizov, Şəki Kommersiya Məhkəməsinin hakimi
Rüfət Məcidov vəzifələrinin dəyişdirilməsiylə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin ediləcəklər.
Sumqayıt İnzibati Məhkəməsinin hakimi
Vəfa Əzizova, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimləri
Toğrul Axundov və
Vahid Hacıyev Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin olunacaqlar.
Azər İsmayılov vəzifəsinin dəyişdirilməsiylə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək.
Sumqayıt Kommersiya Məhkəməsinin hakimi
Zülfüqar Sadiqov, Balakən Rayon Məhkəməsinin hakimi
Zamin Tahirov Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaqlar.
Şəki Apellyasiya Məhkəməsinin hakimi
Mahir Əsədli Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi
Aytən Novruzova vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq.
Samir Mayılov da vəzifəsinin dəyişdirilməsiylə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.