Pomidor turşusundan zəhərlənib öldü - Video - Yenilənib

  • 15.11.2024, 10:00,
  • Xəbər
  • Baxılıb: 3
Pomidor turşusundan zəhərlənib öldü - Video - Yenilənib

Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın ölüb.

“Qanunyolutv.az”, “Baku TV”yə istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər, Ceyranbatan bağları ərazisində qeydə alınıb.

1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün noyabrın 12-si Bakı şəhər Toksikologiya Xəstəxanasına müraciət edib. Aparılan müalicə və müayinələrə baxmayaraq, o, dünən müalicə aldığı xəstəxanada vəfat edib.

Kliniki Tibbi Mərkəzdən bildirilib ki, noyabrın 12-də turşudan zəhərlənən qadın ağır vəziyyətdə mərkəzə hospitalizasiya edilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, noyabrın 14-ü ölüm faktı qeydə alınıb.
****

"Qanunyolutv.az" xəbər verir ki, hadisə ilə bağlı TƏBİB-dən belə cavab verilib: “Noyabrın 12-də 1971-ci il təvəllüdlü vətəndaş turşu zəhərlənməsi diaqnozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Bütün reanimasiyon tədbirlərə baxmayaraq, ötən gün ölüm faktı qeydə alınıb”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter