Sobadan çıxan alovdan yanan uşaq öldü - Yenilənib

Sobadan çıxan alovdan yanan uşaq öldü - Yenilənib

Ötən gün Lerikdə valideynləri ilə birlikdə yanıq xəsarətləri alan uşaq ölüb.

“Qanunyolutv.az” xəbər verir ki, iki yaşlı V.Abbaslı bu gün səhər müalicə aldığı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, hadisə ötən gecə Lerik rayonunun Şinəbənd kəndində baş verib. Odun sobasından çıxan alov 2 yaşlı uşağın üstünə düşüb. Hadisə nəticəsində azyaşlının bədəninin 90%-nin yandığı bildirilib.
****

"Qanunyolutv.az" xəbər verir ki, TƏBİB-dən bildirilib 18.10.2024-cü il tarixində saat 17:00 radələrində 1 nəfər (azyaşlı) boynun, kürəyin, tənəffüz yollarının, bədən səthinin 90% termiki yanığı, dəqiqləşdirilməmiş şok diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib, vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

Bütün reanimasyon və şok əleyhinə aparılan tədbirə baxmayaraq, 19.10.2024-cü il tarixində səhər saatlarında azyaşlnın ölüm faktı qeydə alınıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter