Ev sahibini öldürüb basdıran ustaya 16 il həbs verildi
- 12.02.2024, 14:30,
- Xəbər / Kriminal
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
2022-ci ildə Sumqayıt şəhəri ərazisində 1941-ci il təvəllüdlü Nadir Rzayevi qətlə yetirməkdə təqsirləndirilən 1977-ci il təvəllüdlü Samir Abbasovun məhkəməsi başa çatıb.“Qanunyolutv.az” xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Samir Abbasov Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddəsi ilə ittiham edilib.
Araşdırmalar zamanı Samirin taxta ustası olması müəyyənləşib. O, Nadir Rzayevin tikdirdiyi evdə mərtəbələrarası pilləkən hazırlanması sifarişini götürüb və həmin ərəfədə işə başlayıb. Lakin daha sonra tərəflər arasında ödənişə görə mübahisə yaranıb. Nəticədə Samir Abbasov 81 yaşlı kişini küt əşya ilə vuraraq öldürüb. O daha sonra hadisə yerindən uzaqlaşıb və bir gün sonra geri qayıtdıqda Nadir Rzayevin nəşinin evdə qaldığını görərək onu həyətdə basdırıb.
Nadir Rzayevin yaxınlarının ondan xəbər ala bilməməsindən sonra polisə müraciət edilib. O, itkin şəxs kimi axtarılarkən evində usta tərəfindən öldürülməsi və həyətdə basdırılması məlum olub. Qətlə yetirildikdən təxminən 20 gün sonra Nadir Rzayevin basdırıldığı yer tapılıb.
Bir neçə gün əvvəl Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Samir Abbasova 16 il müddətə həbs cəzası verilib.
